Putini o əvəzləyəcək (FOTO)
"Putin müharibəni davam etdirmək üçün Qərbin xərçəng dərmanları və müalicələri ilə həyata tutunur. Amma heç bir dərman sonsuza qədər müvəffəqiyyətli olmayacaq".
32gun.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Valeri Solovey bildirib.
Solovey Putinin səhhətinin pis olduğunu iddia edərək, "2023-cü il Putinin son prezidentlik ili ola bilər" ifadələrini söyləyib.
Rusiyali politoloq Putini əvəzləyəcək adları da müəyyənləşdirdiyini iddia edib. Onun iddiasına görə, Putinin varisi kimi seçməyi planlaşdırdığı şəxslərdən biri kənd təsərrüfatı naziri vəzifəsini icra edən 45 yaşlı Dmitri Patruşevdir. Qeyd olunub ki, Dmitri Patruşev Rusiya kəşfiyyat idarəsi FSB-nin keçmiş rəhbəri Nikolay Patruşevin oğludur. Digər namizəd 50 yaşlı Aleksey Dyumindir. İlk vaxtlarda Dyumin Putinin keçmiş mühafizəçisi vəzifəsini icra edib. Daha sonra isə müdafiə nazirliyinin müavini vəzifəsini tutub. Hazırda o, Tula vilayətinin qubernatoru vəzifəsini icra edir.
Nurlan Şiraliyev

