DÜNYA

Ərdoğan Makronu görün necə təsəlli edibmiş - Özü açıqladı

Ərzurumda gənclərlə görüşən Türkiyə prezidenti Ərdoğan, DÇ-2022-nin final matçında Fransanın məğlubiyyətindən sonra Makrona necə təsəlli verdiyindən söhbət açıb.

32gun.az  xəbər verir ki, Türkiyə liderinin sözlərinə görə o, fransalı həmkarına, "Makron narahat olma, Argentina yaxşı oynadı və qalib gəldi” - deyə, təsəlli verib.

Cumhurbaşkanı Erdoğan, Dünya Kupası finalini birlikte izlediği Macron'u bu sözlerle teselli etti

Ərdoğanın sözlərindən sonra salonda alqışlar səslənib.

"Amma təbii ki, Argentina penaltilərdə də əla idi. Yəni Messi o yaşına rəğmən... Lakin Mbappe gələcəyi təhdid edir. 23 yaşı var. Messinin isə 34. Messinin təcrübəsi ağırlığını qoydu" - deyə, Ərdoğan sözlərinə davam edib.

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğanla fransalı həmkarı Emmanuel Makron DÇ-2022-nin final matçını tribunadan birlikdə izləyib. İki liderin görüntüləri sosial mediada gündəm olub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər