DÜNYA
Kadırovun yaxın adamı saxlanıldı (FOTO)
Çeçenistan rəhbəri Ramzan Kadırovun Xerson və Zaporojye vilayətləri üzrə nümayəndəsi Həsən İbrahimov Simferopolda tutulub.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, onunla birlikdə "Monro" klubunda gənci döyməkdə şübhəli bilinən dörd təhlükəsizlik işçisi də saxlanılıb.
Hadisəyə səbəb tərəflər arasında mübahisə yaranması olub. Daha sonra mübahisə davaya çevrilib.
Baş verənlər mühafizə kameralarına əks olunub.
Məlumata görə, Həsən İbrahimov həm də Axmat SOBR dəstəsinin komandir müavinidir.
Nurlan Şiraliyev
