DÜNYA
Gürcüstan prezidenti protokol pozuntusuna görə görün nə etdi
Gürcüstan prezidenti Salome Zurabişvili protokol pozuntusuna görə səfirlərin konfransında iştirak etməyib.
32gun.az xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.
"Dövlət qurumlarının, xüsusən də Gürcüstan Xarici İşlər Nazirliyinin təşkil etdiyi diplomatik konfransda hər yerdə tanınan və qəbul edilən dövlət və diplomatik protokolun kobud şəkildə pozulmasına yol verilməsi qəbuledilməzdir. Təəssüf ki, açılışda belə bir pozuntu baş verdi. Səfirlər konfransının tədbiri və tədbirin təşkilatçısının Gürcüstan prezidenti üçün onun statusuna uyğun yer ayırmaması ilə ifadə olunub”, - deyə məlumatda bildirilir.
Nurlan Şiraliyev