DÜNYA
Putin Medvedevə yeni vəzifə verdi
Rusiya prezidenti Vladimir Putin hərbi-sənaye komissiyasında yeni birinci müavin vəzifəsinin təsis edilməsi ilə bağlı fərman imzalayıb.
32gun.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu vəzifəyə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev təyin edilib.
Qeyd edək ki, Putinin sədrlik etdiyi hərbi sənaye komissiyasının birinci müavini vəzifəsi bu fərmandan əvvəl yox idi. Vəzifə yeni təsis edilib.
Nurlan Şiraliyev