DÜNYA
Peskovdan Qriqoryanın bəyanatları ilə bağlı açıqlama
Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarını təxribat adlandırıb.
32gun.az xarici KİV-nə istinadən məlumatına görə, Qriqoryan bir qədər əvvəl bildirib ki, Moskva guya İrəvanı öz ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də yaranmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur edir.
Peskov Qriqoryanın verdiyi açıqlamaları təxribat adlandıraraq, "Bu cür bəyanatlara təxribat kimi yanaşılmalıdır. Onlar doğru deyil. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb” sözlərinə davam edib.
Nurlan Şiraliyev