DÜNYA
Hulusi Akar Moskvaya getdi - Suriyadakı vəziyyət müzakirə ediləcək
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Moskvaya səfər edib.
32gun.az xəbər verir ki, bu barədə müdafiə nazirliydən məlumat verilib.
TRT-nin mənbələrə istinadən verdiyi məlumata görə, Hulusi Akar və Hakan Fidan Rusiya tərəfi ilə Suriyadakı vəziyyət, taxıl müqaviləsinin icrası və müdafiə və təhlükəsizlik sahəsində digər məsələləri müzakirə edirlər.
Görüşdə Suriyanın müdafiə naziri Əli Mahmud Abbas və Rafiq Şahada da iştirak edir.
Nurlan Şiraliyev