Kriminal avtoritetin hədəf aldığı, videosunu yaydığı qadın deputat görün nələr DANIŞDI (VİDEO)
Türkiyəli mafiya lideri Sedat Pekerin rüşvət və korrupsiya iddiaları ilə gündəmə gələn AKP Ərzurum Millət vəkili Zehra Taşkəsenlioğlu ona qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki qadın cinayətlərinin ən dəhşətlisini yaşadığını bildirən Taşkesinlioğlu bankda sadəcə 2,5 kq qızılının olduğunu deyib:
"Başqa sərvətim yoxdur. Pula marağım yoxdur. Belə ağır böhtanlara məruz qalmaq çox çətindir. Mən rastlaşdığım hər qadından soruşuram: "Görəsən, onların ərləri də mənim yaşadıqlarımı onların başına gətirərmi?
Niyə bu mənim başıma gəldi?”.
Qeyd edək ki, Taşkəsenlioğlu boşanmaq üzrə olduğu Ünsal Banın özü və böyük qardaşı, keçmiş QMİ sədri Əli Fuat Taşkəsenlioğlu ilə bağlı iddiaları ilə gündəm olmuşdu.
Sedat Pekerin də yaydığı videoda şəxsi həyatının gizliliyini pozduğu bildirilərək Ünsal Ban həbs edilib.
Nilufər