DÜNYA
Məşhur aktyor vəfat etdi
Ölkəsində komediya televiziya proqramlarına çəkilməklə tanınan britaniyalı satirik və aktyor Con Börd 86 yaşında vəfat edib.
32gun.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Byord 1960-cı illərdən, Birləşmiş Krallıqda satiranın yüksəldiyi vaxtdan Britaniya televiziyasının ən tanınan simalarından biri olub. O, müasir britaniyalılara 1999-2008-ci illərdə Dördüncü TV kanalında yayımlanan “Bremner, Börd və Forçun” komediya proqramı ilə tanınır. Proqrama əsas iştirakçıların - Bördun özü, Rori Bremner və Con Forçunun adları verilib.