DÜNYA

Şoyqudan səfərbərliklə bağlı vacib AÇIQLAMA

"Qismən səfərbərlik bir çox problemləri üzə çıxardı, lakin onlar kifayət qədər tez həll olundu".

32gun.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu parlamentin xüsusi hərbi əməliyyat üzrə koordinasiya qrupunun ilk iclasında bildirib.

“Xüsusi əməliyyat və səfərbərlik hər kəsə aiddir” - deyə, Şoyqu vurğulayıb.

O, sözlərinə belə davam edib: "Biz problemlərin və məsələlərin əksəriyyətini kifayət qədər tez həll edə bildik. Çalışdıq və əlimizdən gələni etdik ki, heç kimdən heç nə gizlətməyək. Problemlər var - həll etmək lazımdır".

Qeyd edək ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan edilmişdi. Oktyabrın 28-də müdafiə naziri Sergey Şoyqu səfərbərliyin başa çatması və qarşıya qoyulan bütün tapşırıqların yerinə yetirilməsi barədə məlumat vermişdi.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər