Türkiyə ilə Suriya arasında 11 ildən sonra ilk GÖRÜŞ - Nələr müzakirə edildi?
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın müdafiə naziri ilə görüşüb. Üçtərəfli görüş Rusiyanın paytaxtı Moskvada baş tutub.
32gun.az xəbər verir k, 11 ildən sonra baş tutan görüşü Rusiya rəsmiləri müşayiət edib.
Müdafiə naziri görüşün təfərrüatlarını açıqlayıb:
"Görüşdə qaldırdığımız ən mühüm məsələlərdən biri terrorla mübarizə idi. Suriya və İraq başda olmaqla bütün qonşularımızın ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət etdiyimizi, yeganə məqsədimizin terrorla mübarizə aparmaq olduğunu vurğuladıq. Bu mənada önümüzdəki günlərdə həyata keçiriləcək işlərin bölgədə və Suriyada sülh və sabitliyə ciddi töhfələr verəcəyini düşünürük.
Üçtərəfli görüşlərin davam etdirilməsi ilə bağlı razılığa gəldiklərini açıqlayan, Hulusi Akar, "Ümid edirik ki, bölgəyə sülh, əmin-amanlıq və sabitlik ən qısa zamanda gələcək. Bunun üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyik" - deyə, bildirib.
Nurlan Şiraliyev