DÜNYA
Yerə yıxılan sərxoş kişini zibil zənn edib üstündən keçdi (Ürəyi zəif olanlar baxmasın+VİDEO)
İstanbulda dəhşətli olay baş verib.
32gun.az Türkiyə KİV-nə istinadn bildirir ki, 58 yaşlı Yaşar Şahin içkili halda yol kənarı ilə gedərkən özünü müvazinətini saxlaya bilməyib və yerə yıxılıb. El hadisə də bundan sonra baş verib. Həmin küçə ilə hərəkətdə olan avtomobil onu üzərindən keçib. Yaralı dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Hadisə anı ətrafdakı təhlükəsizlik kameralarında əks olunub.
Hadisə ilə bağlı istintaq başladılıb. Axtarışlar nəticəsində hadisəni törədən şəxsin 25 yaşlı Müzəffər. E olduğu məlum olub. O, ifadəsində yerdəkinin insan yox zibil zənn etdiyini bildirib.
İfadəsi alınan sürücü sərbəst buraxılıb.
Nilufər