BMT sülhməramlıları Qarabağa göndəriləcək? - Peskovdan açıqlama
"BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmə gəlib, lakin istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər".
32gun.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, əlavə edib ki, bu məsələ müxtəlif səviyyələrdə müzakirə olunur.
"Müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə göndərilə bilər".
Qeyd edək ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiya öz öhdəliklərini yerinə yetirə bilməsə BMT Təhlükəsizlik Şurasında Qarabağa çoxmillətli missiyanın göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.
Nurlan Şiraliyev