DÜNYA
Türkiyə bu xəbəri TƏKZİB ETDİ
"Türkiyədən Kiyevə kaset bombalarının çatdırılması ilə bağlı yayılan məlumatlar Ankaranın sülh səylərini sarsıdan dezinformasiyadır".
32gun.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının nümayəndəsi məlumat verib.
"Türkiyənin sülh üçün çalışan yeganə ölkə olduğunu görmürsünüz? Ərdoğan hər iki liderlə danışa bilən və etibar edilən liderdir. Bu cür məlumatlar sülh yolu ilə nizamlanma səylərimizə xələl gətirmək istəyənlərin maraqlarına xidmət edir" - deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, daha əvvəl "Foreign Policy" Türkiyənin 2022-ci ilin noyabr ayından Ukraynaya Amerika tipli kassetli sursatlar tədarük etdiyini yazıb.
Nurlan Şiraliyev