DÜNYA

ABŞ-a bütün uçuşlar ləğv edildi (SƏBƏB)

ABŞ-a bütün reyslərin uçuşu dayandırılıb.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, buna səbəb pilotların bildiriş sistemindəki nasazlığın olması göstərilir.

Belə ki, bir qədər əvvəl ABŞ Federal Aviasiya Administrasiyası (FAA) pilotların xəbərdarlığı sistemində nasazlıq olduğunu, vəziyyətin milli hava hərəkətinə nəzarət sisteminin işinə təsir göstərdiyini bildirib.

Məlumata görə, ölkədaxili 760-a yaxın reys, o cümlədən ölkədən gediş və ölkəyə eniş reysləri daha sonrakı tarixlərə ertələnib. 90-a yaxın reys isə tamamilə ləğv edilib.

Qeyd edək ki, bu sistem pilotlara uçuş təhlükələri və məhdudiyyətlər barədə məlumatların göndərilməsinə cavabdeh olan NOTAM xəbərdarlıq sistemidir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər