DÜNYA
Ərdoğan suriyalı qaçqınlardan danışdı
"Rusiya və Suriya ilə aparılan işlər sayəsində daha çox suriyalı qaçqını vətənlərinə qaytarmaq mümkün olacaq".
32gun.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan səsləndirib.
"Ümid edirəm ki, Rusiya və Suriya ilə diplomatik səylərimiz sayəsində daha da çox qaçqın Suriyaya qayıdacaq. Hazırda bu işlər sayəsində 550 min insan öz evlərinə qayıdıb" - Türkiyə lideri bu barədə Ankarada keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı bildirib.
Nurlan Şiraliyev