DÜNYA

Keçmiş müdafiə nazirinə cəsusluqda ittiham edilərək hökm oxundu

İranın keçmiş müdafiə naziri Əli Rza Əkbəri bir müddət əvvəl İngiltərənin xeyrinə casusluq etdiyi üçün həbs edilib.

32gun.az İran mətbuatına istinadən bildirir ki, Əkbəri bu səbəbdən məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs qərara etiraz etdikdən sonra kassasiya məhkəməsində fayla yenidən baxılıb və Ali Məhkəmə etirazı rədd edərək Əkbəri haqqında edam hökmünü qüvvədə saxlayıb.

Həmçinin Kəşfiyyat Nazirliyi Əkbərinin ölkənin həssas və strateji mərkəzlərinin məlumatlarını İngiltərənin "MI6" kimi tanınan Gizli Kəşfiyyat Xidmətinə (SIS) ötürdüyünün təsbit edildiyini açıqlayıb.

Nilufər 

Oxşar Xəbərlər