DÜNYA

Putin bu şəxsə yüksək vəzifə verdi - FOTO

Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

32gun.az xəbər verir ki, bu barədə sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Fərmana əsasən, Rusiya Federasiyasının Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) yanında daimi nümayəndəsi Aleksandr Kuznetsov vəzifəsindən azad edilib. Digər bir fərmana görə, onun yerinə Rinat Alyautdinov təyin olunub.

Qeyd edək ki, Rinat Alyautdinov bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Humanitar Əməkdaşlıq və İnsan Hüquqları Departamentinin (DHHR) direktoru vəzifəsində çalışıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər