DÜNYA
Lavrov bu tarixdə Minskə səfər edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 19-da Minskə səfər edəcək.
32gun.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
Bildirək ki, Lavrov Rusiya və Belarus Xarici İşlər nazirliklərinin Kollegiyalarının birgə iclasında iştirak edəcək və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.
Görüşün sonunda bir sıra memorandumların imzalanması planlaşdırılır.
Nurlan Şiraliyev