DÜNYA
Lukaşenko Rusiya qarşısında ŞƏRT QOYDU
"Rusiya ilə mövcud proqramlar tam yerinə yetirilməsə, yeni proqramlardan söhbət gedə bilməz".
32gun.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
"Biz Rusiya ilə iqtisadi inteqrasiyanı dərinləşdirməyə davam edəcəyik, lakin yeni inteqrasiya paketi haqqında yalnız əvvəlkinin həyata keçirilməsindən sonra danışmaq mümkün olacaq. Ən azı bir bənd yerinə yetirilməyibsə, orada yeni inteqrasiya paketi ola bilməz. Biz bu barədə Rusiya Federasiyasının prezidenti ilə Sankt-Peterburqda son görüşdə qəti şəkildə razılaşdıq" - deyə, Lukaşenko əlavə edib.
Belarus prezidenti bununla bağlı cümə axşamı keçirilən konfransda söhbət açıb.
Nurlan Şiraliyev