73 yaşlı qadından dəhşətli əməl: Xəstəxanada otaq yoldaşını öldürdü
Almaniyada yaşayan türkiyəli 73 yaşlı Hatun C adlı qadının əməli hər kəsi şoka salıb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, qadın koronavirusdan müalicə aldığı Mannheim Diako Xəstəxanasında otaq yoldaşını qoşulu olduğu Süni Tənəffüs scihazını cərəyandan ayırıb və ölmünə səbəbə olub.
Bildirilir ki, Hatun C.-nin otaq yoldaşı 79 yaşlı Hilal K.-nın cihazı söndürməsinə səbəb aparatdan gələn səs olub. Qadın yatmasına mane olduğu üçün aparatı iki dəfə söndürdüyünü söyləyib.
Tibb bacıları Hilal K.-nın Süni Tənəffüs Cihazının söndürülməsi səbəbindən vəziyyətinin pisləşdiyini görəndə müdaxilə edib. Lakin bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hatun C.-nin oğlu Aydın C. isə anasının dərmanların təsirində olduğunu və otaq yoldaşına zərər vermək niyyətinin olmadığını bildirib. O anasının heç bir pis niyyətinin olmadığını, maşının səsinin anasının yatmasına mane olduğu üçün bu addımı atdığını da vurğulayıb.
Hatun C. hələ də qətlə görə mühakimə olunarkən, oğlu anasının həbsxanada öləcəyindən qorxduğunu bildirib.
Nilufər