BİABIRÇILIQ: Doğuş üçün getdiyi xəstəxanadan qaçqın olduğuna görə qovuldu
Belçikanın paytaxtı Brüsseldəki Xəstəxanaların birində utancverici hadisə baş verib.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, 23 yaşlı Mavritaniyalı qaçqın qadın doğuş zamanı UZ Jette xəstəxanasına aparılıb. Oradakı təcili yardım əməkdaşı qadının tibbi sığortası və qaçqın qeydiyyatı olmadığı üçün ondan 2000 avro ödəməsini tələb edib. Pulu ödəyə bilməyən qadın xəstəxanadan göndərilib.
Daha sonra başqa xəstəxanaya aparılan mavritaniyalı qaçıqın qadın övladını burada dünyaya gətirib. UZ Jette xəstəxanasının rəsmisi məsələ ilə bağlı açıqlamasında bunun "çox müstəsna bir hal" olduğunu bildirib.
Xəstəxana rəsmiləri hadisə ilə bağlı ölkə mətbuatına açıqlama verib:
"Prinsipcə, vəziyyətindən asılı olmayaraq müraciət edən hər kəsə sağlamlıq xidməti göstəririk. Son baş verən hadisəni də çox ciddiyə alırıq. Bunu edən xəstəxana əməkdaşı cəzalandırılıb".
Qaçqın qadını xəstəxanaya qəbul etməyən şəxsin işdən azad olunduğu bildirilib.
Mavritaniyalı qadının digər qızının sünnət edilməməsi üçün ölkəsindən qaçdığı bildirilib.
Nilufər