DÜNYA

"Görüntüləri görəndə iyrəndim" - Türkiyə səfəri ləğv edilən İsveç parlamentinin sədri

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə İsveç parlamentinin sədri Andreas Norlen arasında telefon danışığı baş tutub.

32gun.az Türkiyə KİV-nı istinadən bildirir ki,  Şentop İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarlarının prezident Ərdoğanı hədəfə aldığı hadisənin səbəbkarlarının müəyyən edilməsini və lazımi tədbirlərin görülməsini istəyib.

Türkiyə səfəri ləğv edilən Norlen, "Stokholmda bələdiyyə binası qarşısında görünən görüntüləri görəndə narahat oldum, hətta iyrəndim" deyib.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda terror təşkilatı PKK tərəfdarları bələdiyyə binası qarşısında qurduqları mexanizmlə prezident Rəcəb Tayyib Ərdoğanın maketini asıblar.

Nilufər

Oxşar Xəbərlər