DÜNYA
Lavrovla Abdullahiyan arasındakı görüş təxirə salındı
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasındakı görüş təxirə salınıb.
32gun.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında yanvarın 17-nə planlaşdırılan danışıqlar daha sonrakı tarixə təxirə salınıb” - deyə, nazirlikdən bildirilib.
Nurlan Şiraliyev