DÜNYA
Polis taksiyə ərəb müştəri kimi mindi - Görün nə ilə qarşılaşdı (VİDEO)
İstanbul Təhlükəsizlik Müdirliyinin Vətəndaş Trafik Şöbə Müdirliyi əməkdaşları taksilərlə bağlı araşdırmalara başlayıb.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, reydə çıxan polis əməkdaşı ərəb müştəri kimi taksiyə minib.
Ticarət mərkəzinə getmək istədiyini deyən sərnişindən taksi sürücüsü sayğacı açmadan 300 lirə tələb edib. Polis taksi sürücüsünün sayğacı yandırmadığını, maşın sürərkən telefonla danışdığını və qəzet oxumasını mobil telefonun kamerası ilə lentə alıb.
Daha sonra yoxlama məntəqəsinə aparılan sürücü taksimetri açmadığı üçün 1979 lirə, telefonla məşğul olduğu üçün isə 951 lirə cərimə olunub.
Nilufər