DÜNYA
Avtoservisdə dava düşdü:1 nəfər öldü, 6 nəfər yaralandı (VİDEO)
Avtoservisdə sürücülər arasında dava düşüb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mübahisənin ciddiləşdiyini görən sahibkarlar davaya müdaxilə etməyə çalışıblar. Sürücülərdən biri tapança ilə sahibkarlara atəş açıb. Nəticədə 3-ü ağır olmaqla 6 nəfər yaralanıb. Daha sonra sahibkarlardan biri sürücünün yerə düşən silahını götürərək onu başından vurub. Sürücü hadisə yerində dünyasını dəyişib.
Yaralanan şəxslər xəstəxanaya aparılıb. Mübahisə iştirakçısı olan digər sürücülərin hadisə yerini tərk etdiyi müəyyən edilib. Hazırda araşdırma aparılır.
Nurlan Şiraliyev