Almaniya kansleri vəzifəsindən istefa edən nazirlə bağlı açıqlama VERDİ
Xəbər verdiyimiz kimi, Almaniyanın müdafiə naziri Kristin Lambrext vəzifəsindən istefa verib. Nazirin istefa ərizəsi kansler Olaf Şolts tərəfindən qəbul edilib.
32gun.az xəbər verir ki, Olaf Şolts müdafiə nazirinin istefasından sonra bır sıra açıqlamalar verib.
Bildirək ki, onun çıxışı Phoenix telekanalında canlı yayımlanıb. Almaniya kansleri istefadan sonrakı hadisələrin necə davam edəcəyini şərh edib:
"Əlbəttə, bu gün hadisələrin necə inkişaf edəcəyini bildirmək üçün tezdir. Amma demək istəyirəm ki, bundan sonra nə baş verəcəyi ilə bağlı bir sıra fikirlər var və bu, tezliklə hamıya məlum olacaq. Mən öz nöqteyi-nəzərimdən hadisələrin necə olacağını bilirəm. Və biz bunu vaxtında elan edəcəyik” - deyə, bildirib.
Qeyd edək ki, Almaniyanın yeni müdafiə nazirinin kimliyi sabah açıqlanacaq. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Nurlan Şiraliyev
