DÜNYA

İranın xarici işlər naziri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyəyə səfər edəcək.

32gun.az xəbər verir ki, bu barədə İRNA informasiya agentliyi məlumat yayıb.

Bildirək ki, XİN rəhbərləri Suriyadakı vəziyyəti həmçinin Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında son danışıqları müzakirə edəcək.

“Planlaşdırılan proqrama əsasən, İran İslam Respublikasının xarici işlər naziri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə çərşənbə axşamı Türkiyəyə səfər edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasındakı görüş təxirə salınıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər