DÜNYA

İsveçin baş nazirindən Ərdoğana qarşı törədilən təxribatla bağlı mühüm açıqlama

İsveçin baş naziri Ulf Kristersson NATO-ya üzvlüklə bağlı bir sıra açıqlamalar verib.

32gun.az xəbər verir ki, bu barədə danışan baş nazir, NATO-ya üzvlüklə bağlı davam edən danışıqların "yaxşı nöqtədə" olduğunu bildirib.

İstər İsveçin, istərsə də Finlandiyanın Türkiyə qarşısında öhdəliklərini yerinə yetirdiyini qeyd edən Kristersson, Türkiyənin NATO üzvlüyünü nə vaxt təsdiqləyəcəyindən əmin olmadığını, lakin gec-tez NATO üzvü olacaqlarına inandığını bildirib. 

Bildirək ki, əlavə olaraq, baş nazir PKK/YPG tərəfindən Stokholmda Türkiyəyə qarşı törədilən təxribatlarla bağlı açıqlama verib. 

"Bu hadisə İsveç və Finlandiyanın NATO üzvlüyünə qarşı bir təxribatdır", - deyə Kristerssson qeyd edib.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda PKK/YPG tərəfdarlarının təşkil etdiyi təxribat xarakterli mitinq zamanı Türkiyə Prezidentinə bənzədilmiş maket dirəkdən asılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər