Ərdoğanın kürəkənini ittiham edən partiya sədri Akarı da əsəbiləşdirdi (VİDEO)
DEVA partiyasının sədri Əli Babacanın "Baykar" şirkəti ilə bağlı çıxışı sərt reaksiyalara səbəb olub.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Babacana reaksiya verənlərdən biri də Türkiyənin Milli müdafiə naziri Hulusi Akar olub.
PUA-lar istehsal edən şirkətin önəmini nəzərə çatdıran Akar, "Ölkə daxilində olan şəxslərin ölkəmizin müdafiə sənayesi sahəsindəki yüksəlişindən narahat olması və bunu açıq şəkildə dilə gətirməsi qəbuledilməzdir. Bu, milli səylərə və qazanılan uğurlara hörmətsizlikdir” - deyə vurğulayıb.
Qeyd edək ki, DEVA Partiyasının sədri Əli Babacan qatıldığı proqramda "Baykar" şirkəti ilə bağlı, "Dövlətin bütün obyektləri tək bir şirkətə verilir. SİHA-lar hökumətin əlində olan ən böyük təbliğat layihələrindən biridir. Bu layihə Müqəddəsdir, “toxunulmazdır”. Üzr istəyirik, biz təbii ki, ona toxunacağıq. Doğruya doğru, yanlışa isə yanlış deyəcəyik” - deyə bildirib.
Nurlan Şiraliyev
