DÜNYA

Ərdoğana qarşı təxribat görün nə ilə nəticələndi

"İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı öhdəlikləri yerinə yetirmir".

32gun.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.

"İsveç və Finlandiyanın memorandum üzrə öhdəliklərini yerinə yetirmədiyini görürük. Terror təşkilatlarına dəstəyi dayandırmaq və ixrac məhdudiyyətlərini aradan qaldırmaq üçün konkret addımlar gözləyirik. Xüsusilə terrorla mübarizə Türkiyə ictimai rəyinin yaxından izlədiyi bir məsələdir. Biz bunu şiddətlə qınayırıq. NATO-ya üzv olmaq istəyən bir ölkədə 70 illik NATO üzvü olan ölkənin prezidentinə qarşı terror təşkilatı tərəfdarları tərəfindən həyata keçirilən hərəkətlər yolverilməzdir” - deyə Akar bildirib.

Bildirək ki, Stokholmda Türkiyədə qadağan olunmuş PKK tərəfdarlarının mitinqi keçirilib və aksiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təxribat həyata keçirilib.

Qeyd edək ki, İsveçin Ankaradakı səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldığı, aksiya ilə bağlı ona etiraz edildiyi bildirilib. Həmçinin, Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarının Ankaraya planlaşdırdığı səfərini ləğv edib. Əlavə olaraq, Türkiyə prezidentinin vəkili aksiya ilə bağlı Ankara Baş Prokurorluğuna ərizə ilə müraciət edib və cinayət işi başlanıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər