DÜNYA
Ukraynanın yüksək vəzifəli şəxsləri qəzada ÖLDÜ
Ukraynanın daxili işlər naziri Denis Monastırski helikopter qəzasında həlak olub.
32gun.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
Hadisə nəticəsində, həmçinin daxili işlər nazirinin müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.
Helikopter qəzasında ümumilikdə 2-si uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib.
***
Yanvarın 18-də Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası baş verib.
Helikopterin uşaq bağçasının yaxınlığında qəzaya uğradığı bildirilib.