MƏDƏNİYYƏT - ŞOU

Azərbaycanlı müğənni qəza keçirdi

Müğənni Günel Zeynalova qəza keçirib və qaşına 7 tikiş qoyulub. 

O, bu barədə "Instagram" hesabında paylaşım edib. 

Müğənni buna görə də bu günə olan konsertini təxirə salıb. 

"Konsertim keçirdiyim qəza ucbatından sağlamlığıma görə martın 17-də olacaq. Veriləcək sədəqəm var imiş. Gözümə dəyə, gözümü itirə bilirdim. Daha ağır nəticə ola bilərdi. Bu günə şükür", - deyə,Günel qeyd edib. 

Oxşar Xəbərlər