SOSIAL

Prezidentin general rütbəsi verdiyi şəxslər kimdir? - SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Sərəncama əsasən, 

"Unikal" xəbər verir ki, sərəncam FHN-nin iki hərbi qulluqçusuna "general-leytenant", 3 nəfərə isə "general-mayor" ali hərbi rütbələri verilib.

General-leytenant rütbəsi verilən İlham Əyyub oğlu Abdullayev FHN-nin Mülki Müdafiə qoşunlarının komandanıdır. Digər general-leytenant rütbəsi verilən Şahmar Ənvər oğlu Paşayev isə Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.

General-mayor rütbəsi alan Adil Ələsgər oğlu Abdullayev Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, ali hərbi rütbə alanlardan Əşrəf Məmməd oğlu Qasımov isə FHN-nin aviasiya dəstəsinin rəisidir.

General-mayor rütbəsi alan Raul Süleyman oğlu Zeynalov isə Bakı Regional Mərkəzin rəisinin birinci müavinidir.

Oxşar Xəbərlər