Aslan İsmayılovun "Sumqayıt, SSR-nin süqutunun başlanğıcı" adlı kitabının Fransada təqdimatı (FOTOLAR)
Fransanın paytaxtı Parisdə hüquqşünas, sabiq prokuror Aslan İsmayılovun "Sumqayıt, SSR-nin süqutunun başlanğıcı" adlı kitabının təqdimatına həsr olunmuş dəyirmi masa dəyirmi masa keçirilib.

32gun.az bildirir ki, sözügedən dəyirmi masada fransalı və beynəlxalq jurnalistlər, biznes sektorunun liderləri, assosiasiyaların prezidentləri və ziyalılar iştirak ediblər.
Dəyirmi masa Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfindən təşkil edilib.

Tədbirdə müəllif Azərbaycan üçün taleyüklü məsələ olan Sumqayıt hadisələrinə dair prokuror qismində çıxış etdiyi proseslərdən danışıb.
Müəllif kitabında əslində nə baş verdiyini istintaq dosyesinin aktlarına əsaslanaraq açıqlayıb.

Sumqayıt hadisələrinin səbəbləri və təşkilatçıları haqqında məlumat verən müəllif bu hadisələrin təşkilatçılarının ermənilər olduğunu və həmin hadisənin baş verməsində şəhər əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qrupların xüsusi rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir zamanı iştirakçılar hüquqşünasa Sumqayıt hadisələri, SSRİ-nin süqutunun ilk illəri baş verən proseslər haqqında çoxlu sayda suallar veriblər.
Fransada fəaliyyət göstərən Türklərin Mədəniyyət Assosiasiyalarının Birliyi, Dünya İş Türk Konqresinin Fransa təmsilçisi Lütfi Bilgen Aslan İsmayılovun "Sumqayıt, SSR-nin süqutunun başlanğıcı" adlı kitabının təqdimatı ilə bağlı sosial şəbəkədə paylaşım edib.
Ekvator Qvineyasının keçmiş diplomatının oğlu, Dr.Joaquinito Maria ALOGO DE OBONO da tədbirlə bağlı "tvitter"də paylaşım edib.
Qeyd edək ki, kitab fransız dilində "Visible" nəşriyyatı tərəfindən çap olunub.
