DÜNYA ÖZ XƏBƏR

İstintaq sirri olan hadisə ilə bağlı görüntü yayan jurnalist saxlanıldı (VİDEO)

Xəbər verdiyimiz kimi, Türkiyənin Karabükdə bölgəsində Filyos çayında cansız cəsədi tapılan 17 yaşlı Qabon əsilli Jeannah Danys Dinabonqyo İbouanqanın ölümü ilə bağlı istintaq davam etdiyi bir vaxtda yeni görüntülər ortaya çıxıb.

Belə ki, tələbənin ölümündən öncə gecə saatlarında evinin yerləşdiyi küçədə ayaqyalın qaçdığı görülüb. 

Bu gün isə həmin görüntüləri tapəb, yayan Dəmirörən Xəbər Agentliyinin (DHA) müxbiri Ali Sencer Arslan polis tərəfindən saxlanılıb.

İstintaqın məxfiliyini pozduğu iddiası ilə polis bölməsində ifadəsi alınan Ali Sencer Arslan həmin ərazinin rəhbərliyinə jurnalist olduğunu dedikdən sonra görüntüləri əldə etdiyini bildirib.

 Bir müddət sonra jurnalist sərbəst buraxılıb.

Ayxan

Oxşar Xəbərlər