Məşhur serialda homoseksuallıq təbliğ olundu - Video
Kıvanç Tatlıtuğ, Serenay Sarıkaya, Canan Ergüder, Nejat İşler və Nur Sürerin rol aldığı "Ailə" serialı 7-ci bölümü ilə ekranlara gəlib.
Serialda Devinlə söhbət edən Leyla Soykan rolu diqqət çəkib.
Aktrisa Canan Ergüderin canlandırdığı Leyla Soykan anasının təkidi ilə istəmədiyi kişi ilə ailə həyatı qurub və onun bu evlilikdən iki övladı var.
7-ci bölümdə Qardaşı Aslanın (Kıvanç Tatlıtuğ) həyat yoldaşı Devinlə (Serenay Sarıkaya) danışmaq istəyən Leyla meyxanaya gedib.
Tanışını görüb qucaqlaşan Leyla emosional anlar yaşayır.
Devinin sualı ilə bağlı açıqlama verən Leyla keçmiş sevgilisi Dənizi itirdiyini və "Sevdiyimi itirdim. Cəsarətli ola bilmədim" deyir.
Səhnə qısa zamanda sosial mediada gündəm olarkən izləyicilər ikiyə bölünüb.
Bundan əvvəlki bölümdə ərini öpdüyü üçün ürəyi bulanan, qusan Leyla Soykan keçmiş sevgilisini ziyarət edərkən "Mən anormalam? Niyə məndən utanırsan?" deyə soruşmuşdu.
Bu səhnələrdən sonra Leyla Soykanın homoseksual olduğu, ölən keçmiş sevgilisi Dənizin də qadın olduğu iddia edilib.
Bəziləri serialda homoseksual obrazının olmasını dəstəkləsə də, bəziləri RTÜK-ə çağrış edib və reaksiya verib.
Ayxan