DÜNYA ÖZ XƏBƏR

Kirayə tutduqları evin ünvanını yalan dediyi üçün ev sahibindən belə İNTİQAM ALDILAR (FOTO)

Adı açıqlanmayan çinli cütlük Cənubi Koreyanın Seul şəhərində 25 günlük qalmaq üçün ev kirayələmək qərarına gəlib. Kirayə qaldıqları evə gəldikdə, ev sahibinin elanda göstərdiyindən fərqli bir yerdə olduqlarını görən çinli cütlük vəziyyətdən şikayətlənərək pullarının geri qaytarılmasını istəyib.

Ev sahibi isə pulun geri qaytarılmasının mümkün olmadığı deyib. 

Bundan sonra onlar ev sahibindən qisas almaq qətarına gəliblət.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, Çinli cütlük mülkü tərk edərkən bütün işıqları və qazı, eləcə də kranları açıq qoyublar. Ev sahibi evinin su altında qaldığını öyrəndikdən sonra 600 funt-sterlinq (təxminən 1000 dollar) hesabla üzləşib. Ev sahibi 120 ton suyun evinə dolduğunu deyərək cütlükdən şikayət edəcəyini bildirib.

Ayxan

Oxşar Xəbərlər