KRİMİNAL

Məşhur mügəninin oğlunun cinayət işi: "Qardaşın ölməyib ki" deyib maşında bıçaqladı - FOTOLAR

Bakıda qətl törətməkdə təqsirli bilinən Fərman Ocaqquliyev və Tuncay Vəliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Ölkə.Az" xəbər verir ki, 2018-ci il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Məlum olub ki, Rəşad Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.
İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı - Fərman Ocaqquliyev müəyyən edilərək saxlanılıb.

285690

İş üzrə dindirilən Tuncay Vəliyev ifadəsində bildirib ki, mərhum Rəşad Hüseynovla münasibəti daim yaxşı olub. Vaxtı ilə bir yerdə cəza çəkiblər. Onu əvvəllər dindar adam kimi tanısa da, sonradan narkotik vasitələr qəbul etdiyini öyrənib.

2017-ci ilin aprel ayında cəzasının bitməsi ilə əlaqədar azad olunub və bir müddət taksi fəaliyyəti ilə məşğul olub.

2018-ci il mayın 28-də dostaları ilə görüşmək üçün köhnə yaşadığı məhəlləyə gedib. Həmin gün Asəf, Rəşad və bir neçə qızla istirahət etmək üçün Quba rayonuna yollanıblar. Orda 3 otaqlı kotej tutaraq orada qalıblar. Tuncay qızlardan biri ilə digər otaqda cinsi əlaqədə olanda, o biri otaqda Rəşadla Asəfin mübahisə etdiyini eşidib. Rəşadın Asəfin gətirdiyi narkotik vasitələri tək istifadə etməsi və heç kimlə bölüşmək istəməməsi mübahisəyə səbəb olub. Yarım saatdan sonra Rəşad qapını döyüb onu çölə çağırıb. Otaqdan çıxan kimi onunla mübahisə etməyə başlayıb. Yumruq atanda əlbəyaxa olublar. Tanışı narkotik vasitələrin təsiri altında olduğundan ona güc gələ bilməyib. Həmin gecə Rəşad öz maşını ilə Bakıya qayıdıb. Onlar isə Qubada qalaraq səhəri günü taksi ilə paytaxta qayıdıblar. 

Tuncay Vəliyev ifadəsinin davamında bildirib ki, rayondan qayıdandan sonra Rəşadın ünvanına hər hansı bir nalayiq ifadələr işlətməyib. Ümumiyyətlə, Fərmanla onun arasında Rəşadı öldürmək barədə söhbətləri olmayıb.

İyunun 6-da "Kubinka"ya gələrək Fərman və Etibarla görüşüb. Gecə saat 2-yə kimi kafedə olublar. Fərman onlardan tez çıxaraq harasa gedib. Etibarla məhəllənin qabağına çatanda maşının yanında yığışan çoxlu sayda adam görüblər. Nə baş verdiyini soruşduqda əvvəl Rəşadın öz maşınında narkotik qəbulundan öldüyünü, lakin sonra sinəsindən qan gəldiyini deyiblər. Həmin vaxt Fərman Rəşadı bıçaqla vurması barədə onlara heç nə deməyib. 

Tuncay Vəliyev qeyd edib ki, avtomobili satıb əvəzinə narkotik maddələr almayıb. Ümumiyyətlə, heç vaxt narkotik vasitələr satmayıb. Rəşad Hüseynovun ölümü ilə onun heç bir əlaqəsi olmayıb.

285688

İş üzrə dindirilən Fərman Ocaqquliyev bildirib ki, yaşadıqları ev balaca olduğundan 2018-ci ilin əvvəllərində ailəsi ilə "Kubinka" adalanan əraziyə köçüblər. Orada yaşayan Etibar və onların məhəlləsinə tez-tez gəlib gedən Tuncayla dostluq edib. 

İyunun 6-da gunorta saatlarında əvvəlcə araq, ardınca təmiz sprit və narkotik vasitə qəbul edib.

Saat 21:00 radələrində Tuncay maşını ilə həyətlərinə gəlib. Gecə saat 1 radələrində kafedə narkotik maddə qəbul edəndən sonra oradan çıxıb və Tuncayla Etibar kafedə qalıblar. Yaşadığı evə çatanda özündə qalan narkotik vasitəni yandıraraq çəkib. Bir az evdə oturub yenə küçəyə çıxıb və oradan gəzə-gəzə Topçubaşov küçəsi tərəfə gəlib. 

285689

"Küçəynən gedəndə Rəşadın maşının gördüm. Nömrəsindən tanıdım. O vaxtkı epizod yadıma düşdü. Bir dəfə Tuncay demişdi ki, vuracağam onu. Mən də demişdim ki, qardaşın ölməyib ki, sən vurasan. Nə isə o yadıma düşdü birdən. Rəşad maşınla gedirdi, mən də ayaqla onun tərəfə getdim. Gördüm çata bilmirəm, fit çaldım ki, dayansın. Rəşad maşını saxladı mən də gələ-gələ cibimnən bıçağı çıxartdım sürücü tərəfdən gəlib qapını açdım. Elə açan kimi də vurdum sinəsindən".

Fərman daha sonra gəldiyi yolla geri qayıdaraq "Bulaq" adlandırdıqları yerdə Tuncay və Etibarla rastlaşıb. 

Fərman Ocaqquliyev əlavə edib ki, onu bir neçə dəfə çağırıb ifadəsini alıblar. Sonra isə könüllü polisə gələrək törətdiyi əməli etiraf edib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Ədalət Hüseynov ifadəsində göstərib ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımayıb. Oğlu Rəşad əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunub. Azadlığa buraxıldıqdan sonra müxtəlif yerlədə işləyib. Son illər fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub. 

285691

İyunun 6-da oğlu səhər saatlarında evdən çıxıb. Axşam evə gəlmədiyi üçün gəlini ona zəng edib xəbər verib. Gecə saat 2-də oğlunun maşında bıçaqla vurulduğunu eşidib. 

Məhkəmə prosesi zamanı Tuncay Vəliyev özünü yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib. Fərman Ocaqquliyev isə ittiham üzrə özünü qismən təqsirli bilib. 

Zərərçəkmiş şəxsi hüquqi varisi təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib. 
Prokuror məhkəmədən Ocaqquliyev və Vəliyevə 19 il cəza təyin edilməsini istəyib. 

İbtidai istintaq orqanı tərəfindən Tuncay Vəliyevə elan edilmiş ittihamda CM-nin 120.2.1-ci və 2.2-ci (qrup halında və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət verilib.

Fərman Ocaqquliyevin təqsirliliyi CM-nin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə) maddəsi üzrə sübuta yetirilmədiyi üçün ona da həmin maddə ilə bəraət verilib.

Məhkəmə nəticəyə gəlib ki, prokurorluqda toplanmış sübutlar tam və obyektiv yoxlanılmayıb.

Sübutların tədqiqi və onların qiymətləndirilməsi zamanı Cinayət Prosesual məcəlləsinin müvafiq maddələrinin tələblərinə əməl olunmayıb. 

Məhkəmə hesab edib ki, Fərman Ocaqquliyevin əməlləri CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 177.2.3-cü (oğurluq yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə), 234.4.1-ci (satış məqsədi ilə narkotik vasitələri əldə etmə və ya saxlama)
Tuncay Vəliyevin əməlləri CM-nin 221.1-ci ( xuliqanlıq) və 234.4.1-ci maddələri tövsif olunmalıdır.

Sonda məhkəmənin hökmü ilə Fərman Ocaqquliyev 19 il, Tuncay Vəliyev isə xuliqanlıq və narkotik maddələrin satışı ilə məşğul olmaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. 

Oxşar Xəbərlər