MƏDƏNİYYƏT - ŞOU
Sahib Paşazadəyə yüksək vəzifə verildi
Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.
32gun az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Sahib Paşazadə Azərbaycan Respublikasının “Tərəqqi” medalı laureatı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.