PKK/KCK-nın qondarma xüsusi təyinatlılarından biri, "Alişer Çiya" kod adlı terrorçu Abdulkahar Karasaç İraqın şimalında Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən zərərsizləşdirilib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, MİT, axtarışda olan terrorçular siyahısında boz kateqoriyada yer alan Karasaçın təşkilatın xüsusi güc bölməsində fəaliyyət göstərdiyini və təşkilatın istifadə etdiyi təyyarələri təkmilləşdirdiyi müəyyən edib.
MİT-in hədəf siyahısına daxil etdiyi terrorçunun olduğu yerdə həyata keçirilən əməliyyatla zərərsizləşdirilib.
Qeyd edək ki, 2017-ci ildə polis məmuru Fəthi Sekinin şəhid olduğu İzmir Ədliyyəsinə edilən hücumun əmrini verib.
Ayxan