Ərzurumda gənclərdən ibarət iki qruplaşma arasında bıçaqlı dava düşüb.
32gun.az Türkiyö KİV-nə istinadən bildirir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.
Hadisə şahidləri bildiriblər ki, mübahisə kafedə başlayıb, sonra küçəyə tökülüb.
Polis hadisə yerinə gələrək tərəfləri ayırdıqdan sonra yaralı gənclər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Ətrafdakı vətəndaşların çəkdiyi görüntülərdə gənclərdən birinin ayağından, digərinin isə əlindən yaralandığı görülüb.
Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Ayxan