İstirahət günü 35 yaşlı polis məmuru E.S küçədə silahlı hücumtapança ilə yaralanıb.
32gun.az Tüekiyə KİV-nə istinadən bildirir ki, atəş səslərini eşidənlər Təcili yardıma və polisə məlumat verib.
Hadisə yerinə gələn səhiyyə və polis əməkdaşları polis məmuru E.S.-ni qanlar içində yerdə hərəkətsiz vəziyyətdə aşkarlayıblar.
Mədəsindən 2 güllə yarası alan E.S-yə həkimlər ilkin tibbi yardım göstərib.
Onun yanında özünə məxsus silah olduğu görülüb.
İstirahət günündə olduğu bildirilən E.S təcili yardımla xəstəxanaya aparılıb və müalicə alıb.
E.S.-nin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı istontaq başladılıb.
Ayxan