DÜNYA ÖZ XƏBƏR

Taksi sürücüləri arasında müştəri növbəsi ölümlə nəticələndi

Kayseridə taksi sürücüləri arasında çıxan davada qan tökülüb. 
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, taksi sürücüsü A.D (32) müştəri növbəsinə görə mübahisə etdiyi R.D (23) tərəfindən bıçaqlanaraq öldürülüb.
Taksisi ilə hadisə yerindən qaçan R.D yanacaqdoldurma məntəqəsində yaxalanıb.

Ətrafdakıların xəbəri ilə hadisə yerinə polis və səhiyyə əməkdaşları sövq edilib. 
Hadisə yerinə gələn səhiyyə əməkdaşlarının  qruplarının ilk müdaxiləsindən sonra A.D xəstəxanaya aparılıb. Həkimlərinin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. 
Ayxan

Oxşar Xəbərlər