Belçikanın baş naziri Aleksandr De Kroonu ölümlə hədələyən keçmiş əsgər ölkədə gündəm olub.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, baş nazirin fotosuna atış açarkən çəkikmiş videosunu "Facebook"da paylaşan keçmiş əsgər Sam H. (30) barəsində terror aktı ola biləcəyinə görə istintaq başladılıb.
Belçika Federal Prokurorluğundan verilən açıqlamaya görə, bir müddət əvvəl ordudan ayrılan belçikalı keçmiş əsgərin videomüraciətində De Kroo ilə yanaşı bəzi Belçika nazirlərini də hədəfə aldığı qeyd edilib.
Harada olduğu məlum olmayan keçmiş əsgərin evində axtarış aparılıb. Evdə bubi tələsi olması ehtimalına qarşı bomba zərərsizləşdirmə qrupları da hadisə yerinə sövq edilib.
Ayxan