İDMAN

“Müharibədə birləşən xalq indi idmançılarımız üçün yumruq kimi olacaq” - Firdovsi Umudov (VİDEO)

"Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəis müavini, idman bölməsinin rəisi, AGF-nin vitse-prezidenti Firdovsi Umudov “Xəzər Tv”də yayımlanan “Birinci Studiya” verilişində qonaq olub.

32gun.news 
xəbər verir ki, F.Umudov bu gün start götürən Tokio-2020 Yay olimpiya Oyunlarında çıxış edəcək bütün idmançılara uğurlar arzulayıb:
“Bu gün Azərbaycan milli komandası qalib ölkənin komandası kimi mötəbər yarışda çıxış edir. Biıdiyiniz kimi müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı qələbə idmançılarımızda da motivasiya yaradır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

İdmançılarımıza uğurlar arzulayıram. Təbii ki, qalib ölkənin idançşıları mütləq qalib gəlməlidir”.

Tokio-2020 Yay olimpiya Oyunları ilə bağlı təəssüratlarn bölüşən tanınmış mütəxəssis vurğulayıb ki, 2008, 2012, 2016-cı illərdə olimpiya oyunlarında məşqçi kimi iştirak edib.

“Bildiyiniz kimi dünyada tüğyan edən koronavirus pandemiyası bütü sahələrdə olduğu kimi idmana da təsirsiz ötüşmədi. Ancan ölkə başçısı İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyeva düşünülmüş addımlar atdı. Eləcə də idman sahəsinə xüsusi diqqət yetirildi. Bunun sahəsində olimpiya milli komandası çox az mddətdə məşq proseslərindən uzaq qaldı. Bunun sayəsində komandamız olimpiya oyunlarına artıq hazırdır”.

F.Umudov aparıcının Tokio-2020-də idmançılarımızın nəticələri ilə bağlı proqnoz istəməsinə belə cavab verib:

“İdmanda proqnoz vermək olduqca çətin məsələdir. Amma əvvəldə də qeyd etdiyim kimi qalib ölkənin qalib idmançısı kimi olimöpiya oyunlarında çıxış etmək özü böyük motivasiyadır.

30 il müddətində biz Qarabağı gözləyirdik. Yarışlarda əldə etdiyimiz qələbələri daim şəhidlərimizə həsr etmişik.

İndi biz bir azərbaycanlı, mütəxəssis kimi idmançılarımıza uğurlar arzulayırıq, onkardan medallar gözləyirik. İnşallah qələbələrimizi Qarabağda qeyd edərik.

Güləşçilərimiz bir çox oyunda medallar qazanıblar. Bundan başqa, karate idman növü isə Olimpiya Oyunlarına yeni daxil edilib. Sürpizlərimiz çox olacaq.
Məşqçilərimizin üzərinə böyük məsuliyyət düşür, idmançılarımızı qələbəyə ruhlandırmalıdırlar. Taekvondo, boks, güləş, karate, cudo kimi idman növlərində medallar gözlənilir. Amma velosiped idman növü bizim üçün yenidir. Bu istiqamətdə iştirak etmək də bir qələbədir.

Sonda bir daha qeyd etmək istəyirəm ki, 3 qat, 4 qat dünya çempionlarımız var, onlar özləri-özlərini hazırlamalıdırlar. Məşqçilər də onlara dəstək verməlidirlər”.

Sonda aprıcı Firdovsi Umudovdan Yay Olimpiya Oyunlarında ilk qızıl medal qazanan kimi canlı efirdə bir də söhbətləşmək sözünü alıb:

“44 günlük müharibədə ölkə başısının ətrafında sıx birləşən Azərbaycan xalqı inanıram ki, bu gün də idmançılar üçün yumruq kimi birləşəcək. Qələbəyə doğru kökləməliyik”.

Oxşar Xəbərlər