DÜNYA ÖZ XƏBƏR

Dəhşətli QƏTL HADİSƏSİ: Ata 7 yaşlı oğlunun boğazını kəsib, intihara cəhd etdi

Mersinin Mut bölgəsində dəhşətli hadisə baş verib. 

32gun.az Türkiyə KİV-nə istonadən bildirir ki, Mustafa T. naməlum səbəbdən 7 yaşlı oğlu Mehmet T.-nin boğazını bıçaqla kəsib, daha sonra özünü bıçaqlayıb. 
Vəziyyəti görən qonşuları Təcili Tibbi Yardıma və polisə məlumat veriblər. Qısa müddətdə hadisə yerinə gələn səhiyyə əməkdaşlarınən  bütün müdaxilələrinə baxmayaraq Mehmet T. həyatını itirib. 
Özünü bıçaqlayan ata Mustafa T. Mut Dövlət Xəstəxanasına çatdırılıb. Mustafa T.-nin səhhətinin ağır olduğu və əməliyyata aparıldığı bildirilib. 
Hadisə ilə bağlı istintaq davam edir.

Ayxan

Oxşar Xəbərlər