DÜNYA ÖZ XƏBƏR

Rusiyaya muzdlu əsgər cəlb edənlər HƏBS OLUNDU

Kubada Rusiyaya muzdlular cəlb edən cinayətkar təşkilatla bağlı 17 nəfər həbs edilib.

32gun.az xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən nazirlik sentyabrın 5-də verdiyi bəyanatda Ukraynadakı müharibə üçün adada və Avrasiya ölkəsində muzdlu əsgərlər cəlb edən Rusiyada yerləşən insan alveri təşkilatının yaxalandığını və Kuba vətəndaşlarının bu əməliyyatda iştirak etmədiyini açıqlayıb.

İddialarla bağlı açıqlamasında XİN Kubanın Ukraynada davam edən müharibənin bir parçası olmadığını bildirib və Kubanın muzdlulara eyni zamanda insan alverçilərinə qarşı tədbirlər gördüyünü vurğulayıb.

Qeyd edilib ki, Kuba Baş Prokurorluğunun Cinayət Prosessual İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb və bu kimi cinayətlərə görə ağır sanksiyalar tətbiq edilib.

Aysel Şirinova

Oxşar Xəbərlər