DÜNYA ÖZ XƏBƏR

İş adamını hədələyən polislər 10 ilədək həbs oluna bilər

Moskvada polis idarəsinin iki əməkdaşı iş adamından hədə ilə 265 min dollar dəyərində bitkoin almaqda şübhəli bilinərək saxlanılıb.

32gun.az xəbər verir ki, bu barədə Rusiyanın RBK media qrupu məlumat yayıb. Məlumata əsasən polis əməkdaşları küçədən keçən şəxsin qollarını qandallayıb, telefonunu əlindən alıb və zorla maşına mindiriblər.

Onlar həmin şəxsi günahsız olduğu halda cinayətdə ittiham ediblər. Daha sonra sözügedən qurban polis əməkdaşlarına 9,6 bitkoin (təxminən 265 min dollar) verib.

Bildirilib ki, təqsirli bilinən zabitlər polis orqanlarından xaric edilib.

Digər dələduzluq hadisələrdində də ittiham olunan polisləri on ilədək həbs cəzası gözləyir.

Aysel Şirinova

 

Oxşar Xəbərlər