DÜNYA ÖZ XƏBƏR

Övladlarını məktəbə göndərməyən valideynlər həbs ediləcək

İtaliya hökuməti uşaqlarını məktəbə göndərməyən ailələr üçün həbs cəzası, eyni zamanda uşaq və gənclərin iştirak etdiyi cinayətlərə görə cəzaların artmasını nəzərdə tutan fərman qəbul edib.

32gun.az xəbər verir ki, bu barədə Baş nazir Meloni, Nazirlər Şurası tərəfindən qəbul edilən fərmandan sonra təşkil edilən mətbuat konfransında çıxışı zamanı məlumat verib. Meloni, "İtaliyada məcburi təhsil var və buna zəmanət verilməlidir. Məktəbin tədricən ictimailəşmə yerinə çevrilməsi lazımdır",- deyib.

Baş nazir, uşaqlarını məktəbə göndərməyən ailələrin 2 ilə qədər həbs riski ilə üzləşəcəyini də qeyd edib.

Fərmanın 2-ci hissəsində nəzərdə tutulan qərara da toxunan Meloni, "14-18 yaş arası uşaqlar cinayət başında tutulursa, sonunda həbsxana var. Bu gün 15 yaşlı uşaq dolu tapança gəzdirsə həbs oluna bilməz. Son illər yetkinlik yaşına çatmayanların cinayətə cəlb olunması halları artıbsa, məhz bu səbəbdəndir. Buna son qoymalıyıq",- deyə bildirib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər